Şri-Lanka hakimiyyəti fövqəladə durum bəyan etdi
Şri-Lanka hakimiyyəti fövqəladə durum bəyan etdi

Şri-Lankada səkkizinci partlayış baş verdi. BBC-nin yaydığı məlumata görə, partlayış səsi yenə Kolombo şəhərində eşidildi.

Şri-Lanka hakimiyyəti fövqəladə durum bəyan etdi. Komendant saatı saat 18:00-dan 06:00-a qədər olacaq.

“Frans Press”-in məlumatına görə, yeddinci partlayış nəticəsində iki insan həlak oldu.

Hazırki göstəricilərə görə, partlayış nəticəsində həlak olanların sayı 160-a qədər artdı. Onlar arasında 35 nəfəri əcnəbidir.

Baş verənlər üzrə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Partlayış üç kilsədə və üç mehmanxanada baş verdi.