“Spiegel” – avropalı müttəfiqlər Ukraynaya 80 ədəd “Leopard 2” tankının eyni vaxtda təhvil verilməsini müzakirə edirlər
Avropalı müttəfiqlər Ukraynaya 80 ədəd “Leopard 2” tankının eyni vaxtda təhvil verilməsini müzakirə edirlər.
“Spiegel”in məlumatında ümumilikdə hər birində 40 tankdan ibarət olmaqla iki tank batalyonunun yaradılmasının planlaşdırıldığı deyilir.
İspaniya, Portuqaliya, Finlandiya və Hollandiya Ukraynaya tank verməyi planlaşdırır. Ukraynada ikinci tank batalyonunun formalaşdırılması üçün “Leopard 2” Polşa və Norveçdən göndəriləcək.
Bundan əvvəl qeyri-rəsmi məlumat yayılmışdı ki, Ramşteyn formatının son iclasında 12 ölkə Almaniyanın razılaşması şərti ilə Ukraynaya tank tədarük etməyə razılaşıb.
“Spiegel”in yaydığı məlumata əsasən yanvarın 25-də axşam ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın Baş naziri Rişi Sunak gələcək addımları əlaqələndirmək üçün birgə telefon danışığı planlaşdırırlar.