Sozar Subari - Demokratik aləmin gücü Rusiyanın şantajından artıqdır
Ola bilməz ki, Strasburq məhkəməsi Gürcüstan vətəndaşlarına qarşı aqressiya faktlarını nəzərə almasın və fərqli qərar versin, – bu bəyanatı qaçqınlar və məcburi köçkünlər məsələləri üzrə nazir Sozar Subari verdi.
“Mən Strasburq Məhkəməsinin ədalətinə inanıram və ümid edirəm ki, o Avropa miqyasında ən yüksək səviyyəli instansiyadır” – dedi Sozar Subari.
Onun dediyinə görə, başqa qərarın qəbul edilməsi imkansızdır, çünki hərşey təsdiq edilib. Etnik təmizlənmə, insanların işgəncə edilməsi, gürcü əsgərlərinin ləyaqətini alçaldan rəftar, köçən xəşxlər geri qayıda bilməsinlər deyə evlərin yandırılması və dağıdılması – bütün bu faktlar təsdiq olunub, – dedi Sozar Subari.