Sozar Subari - Arçil Tatunaşvilinin ölümü bütün dünyaya bir daha işğalçının qeyri-insani üzünü göstərdi
Arçil Tatunaşvili bütün həyatını vətəninə xidmət edən və vətəninə görə həyatını qurban verən insan idi, – bu barədə Sozar Subari Muxatqverdi Qardaşlıq Qəbirsanlığında bəyan etdi.
Burada vəfat edənin ailə üzvləri və siyasətçilər onun ölümünün 40-cı günü ilə əlaqədar toplaşmışdılar.
Sozar Subarinin bəyan etdiyinə görə, Arçil Tatunaşvilinin ölümü bütün dünyaya bir daha işğalçının qeyri-insani üzünü göstərdi.
Arçil Tatunaşvilinin cəsədini işğal olunmuş Sxinvalidən martın 20-də uğratdılar.
Cəsədə ekspertizanı Samxarauli adina Milli Ekspertiza Bürosu keçirdi. Ekspertizanın nəticəsi hələlik məlum deyil.
Arçil Tatunaşvilinin işini Gürcüstan Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin 108-ci və 143-cü maddələr ilə araşdırır.
Arçil Tatunaşvilinin bu gün 35 yaşı tamam olacaqdı.