Sosioloji tədqiqatlara əsasən, ölkə miqyasında Donald Tramp və Kamala Harrisin 49 faizlik bərabər reytinqi var
Sosioloji tədqiqatlara əsasən, ölkə miqyasında Donald Tramp və Kamala Harrisin 49 faizlik bərabər reytinqi var.
ABŞ-da prezident seçkilərinə bir gün qalır. Prezidentliyə əsas namizədlər Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp və Demokratlar Partiyasının nümayəndəsi Kamala Harris son görüşləri tərəddüdlü ştatlarda keçirirlər və ABŞ-ın növbəti prezidentinin kimin olacağına onlar qərar verirlər.
ABŞ-ın vitse-prezidenti Kamala Harris kampaniyanın son gününü Pensilvaniyada keçirəcək, Donald Tramp isə Şimali Karolina, Pensilvaniya və Miçiqan ştatlarında görüşlər keçirəcək.
Amerika mediasının qiymətləndirməsinə görə, xüsusi ilə əsas döyüş ştatlarında səddinin nə qədər yaxın olduğunu nəzərə alsaq, 2024-cü ilin prezidentlik yarışının qalibi ehtimal ki, seçki gecəsi açıqlanamiyacaq. Son görüşdə Kamala Harris Qəzzada müharibəni bitirmək üçün hər şeyi edəcəyinə söz verib, Donald Tramp isə seçki saxtakarlığı barədə danışıb.
ABŞ-ın prezident seçkilərində 150 milyon insan iştirak etmək hüququna malikdir, onlardan 78 milyonu artıq erkən səsvermə hüququndan istifadə edib.