Son məlumatlara əsasən Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində Türkiyə və Suriyada həlak olanların sayı 90-ı keçib

10:17, 06.02.2023

 

Türkiyənin daxili işlər naziri ölkənin cənub-şərq hissəsində baş verən güclü zəlzələ nəticəsində on şəhərin zərər çəkdiyini açıqlayıb.

Süleyman Soylu Qaziantep, Hatay, Adana, Diyarbakır və Kilisin bu şəhərlər arasında olduğunu açıqlayır. Bu saata olan məlumatlara əsasən, təkcə Malatya şəhərində 23 nəfər həlak olub, 42 nəfər yaralanıb.

“BBC”nin məlumatında Türkiyə və Suriyada həlak olanların sayının 90-ı aşdığı deyilir. Həlak olanların sayı yenidən arta bilər.

Türk seysmoloqlar zəlzələnin maqnitudasını 7,4, ABŞ Geoloji Xidməti isə 7,8 bal gücündə qiymətləndirir. Təbii fəlakətdən sonra təkrar təkanlar da qeydə alınıb.

Yaşayış evləri və digər tikililər dağılıb. Zərərçəkmişlər dağıntılar altında qalır.
Qırmızı Xaç təşkilatında zərərçəkmişlərə kömək etmək üçün resursları səfərbər etdiklərini açıqlayırlar.

Zəlzələ Türkiyə ilə yanaşı, qonşu Suriyada da dağıntılara səbəb olub. Yeraltı təkanlar Livan, Kipr və Qəzza zolağında da hiss olunub.

Oxşar