Son məlumata görə, Anakliyada keçirilən festivalda təcili tibbi yardım 16 insana lazım gəldi
Son məlumata görə, Anakliyada keçirilən festivalda təcili tibbi yardım 16 insana lazım gəldi

Anakliyada keçirilən festivaldan təcili tibbi yardıma dünən və bu gün 16 insan müraciət etdi, – bu barədə 1tv.ge-yə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bəyan etdilər.

Onların məlumatına görə, beş nəfəri Zuqdidi Referal Xəstəxanasına apardılar. Onlardan üçü bu vaxta qədər klinikada qalmaqdadır.

Dəqiq olaraq onlara təcili tibbi yardımın nəyə görə lazım gəlməsi məlum deyil.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Anakliyada keçirilən festivalda təcili tibbi yardımın beş ekipajı səfərbər olunub.