Son iki gün ərzində Yerevanda etiraz aksiyasının 100-ə qədər iştirakçısını yaxaladılar
Son iki gün ərzində Yerevanda etiraz aksiyasının 100-ə qədər iştirakçısını yaxaladılar

Son iki gün ərzində Yerevanda etiraz aksiyasının 100-ə qədər iştirakçısını yaxaladılar.

Dünən hüquqmühafizəçilər aksiyalarda 68 nəfəri yaxaladılar, bu gün isə polis 30 nəfərin yaxalanması barəsində məlumatı təsdiqlədi.

Dünən yaxalanan nümayişçilərin böyük hissəsi artıq azad olunub. Ermənistan polisinin mətbuat xidmətinin məlumatına, əgər yaxalananları 3 saat ərzində azad etmədilərsə, bu deməkdir ki, onlar qanunpozuntusunda şübhələnirlər.

Nümayişçilər Ermənistan hökuməti binasının təcrid olunmasına cəhd etdilər. Burada baş nazir Serj Sarqsiyanın rəhbərliyi ilə yeni nazirlər kabinetinin ilk iclası keçirilməlidir.

Deputat Nikol Paşinianın rəhbərliyi ilə, artıq bir neçə gündür Yerevanda etiraz aksiyası keçirilir.

Aksiya iştirakçıları Serj Sarqsiyanın baş nazir seçilməsinə etiraz edirlər.

Ermənistan parlamenti Serj Sarqsiyanı baş nazir olaraq aprelin 17-də təsdiq etdi.