Son bir gündə Ermənistanda koronavirusun 460 yeni halı qeydə alındı

12:07, 29.05.2020

Son bir gündə Ermənistanda koronavirusun 460 yeni halı qeydə alındı.

Bu haqda məlumatı yerli medya Ermənistanın Xəstəliklər Nəzarəti və Prevensiyasının Milli Mərkəzinə istinadən yayır.

29 may göstəriciləri ilə, Ermənistanda koronavirusdan 8 676 nəfərdə təsdiqləndi.

Son bir gündə, Ermənistanda koronavirusdan yeddi, ümumilikdə isə, 120 nəfər həlak olub.

Oxşar