Solçu partiyanın və “Almaniya üçün Alternativ” partiyasının üzvləri Fridrix Mertsi Vladimir Putinlə danışığa çağırırlar
Solçu partiyanın və “Almaniya üçün Alternativ” partiyasının üzvləri kansler Fridrix Mertsi Rusiya prezidenti Vladimir Putinlə danışığa çağırırlar.
Solçu partiyanın parlament fraksiyasının lideri Seren Pelman bildirir ki, hökumət uzun müddət ərzində kiçik diplomatik addımlar atırdı.
“İnsan əzabına son qoymaq üçün ən kiçik şans belə varsa, o zaman biz bunu sınamağı özümüzə borc bilirik”, – o, bildirib.