Soçidə gecə saatlarında partlayış səsləri eşidildi, Rusiyanın doqquz hava limanında uçuşlara məhdudiyyətlər tətbiq olundu
Soçidə gecə saatlarında partlayış səsləri eşidildi, Rusiyanın doqquz hava limanında uçuşlara məhdudiyyətlər tətbiq olundu

Oktyabrın 17-də gecə saatlarında Rusiyanın Soçi şəhərində partlayış səsləri eşidildi.

Yerli hakimiyyətin məlumatına görə, hava hücumundan müdafiə sistemləri raket hücumlarını dəf edib.

Rusiyanın doqquz hava limanında uçuşlara məhdudiyyətlər tətbiq olundu.

Bununla yanaşı, Soçi meri Andrey Proşunin hava hücumundan müdafiə sistemlərinin şəhərə dronların hücumunu dəf etdiyini bildirib.

“Soçidə hava hücumundan müdafiə sistemi işləyir. Raket hücumu dəf edilib. Soçi sakinləri və qonaqlarından sakit olmağı və təhlükəsizlik üçün zəruri tədbirlərə riayət etməyi xahiş edirəm. Əgər sahil zonasına yaxın yaşayırsınızsa, heç bir halda çölə çıxmayın; pəncərəsi olmayan binada qalın”, – Proşunin bildirib.

Rus mediasının məlumatına görə, Soçi hava limanından əlavə, məhdudiyyətlər daha səkkiz hava limanında tətbiq olunub: Krasnodar, Samara, Kaluga, Nijni Novqorod, Kazan, Nijnekamsk, Ufa və Yaroslav.