Sloveniya 15 yaşadək yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəni qadağan etməyi planlaşdırır
Sloveniya 15 yaşadək yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəni qadağan etməyi planlaşdırır

Sloveniyada 15 yaşadək yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəni qadağan etməyi planlaşdırırlar. Bu barədə baş nazirin müavini Matey Arkon bildirib.

Onun sözlərinə görə, ölkədə müvafiq qanun layihəsi artıq hazırlanır.

Baş nazirin müavini qeyd edib ki, Təhsil Nazirliyi bu addımı digər ölkələrin təcrübəsinə əsaslanaraq atıb. Arkonun dediyinə görə, uşaqları və yeniyetmələri qorumaq məqsədi ilə nəzərdə tutulmuş qanunun hazırlanmasında mütəxəssislər də iştirak edəcəklər.