Slovakiyanın müdafiə naziri - Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq, – bu barədə Slovakiyanın müdafiə naziri Robert Kalinak bildirib.
Kalinak Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağını qeyd edib və “İstəklilər Koalisiyası”nın fəaliyyətini tənqid edib.
Onun sözlərinə görə, Ukraynanı dəstəkləyən “İstəklilər Koalisiyası” praktiki olaraq heç nə etməyib.
“Əsgərlər göndərib? Xeyr, göndərməyib. Təbii ki yox”, – Kalinak bildirib və Ukraynanın 2022-ci ildə müharibəni bitirmək şansının olduğunu qeyd edib.
Onun dediyinə görə, Avropa İttifaqı kollektiv müdafiəyə qarışmamalı və NATO buna görə məsuliyyət daşımalıdır, çünki iki komandanlıq müdafiəni təmin edə bilməz.
“Ya biz NATO-dayıq və buna ehtiyac yoxdur, ya da Avropadayıq”, – Kalinak Slovakiyanın “TASR” xəbər agentliyinə müsahibəsində bildirib.
Bununla yanaşı, Slovakiyanın müdafiə naziri qeyd edib ki, Ukraynanın Avropa İttifaqına üzv olmaqla bağlı çətinliklərlə qarşılaşacağı gözlənilir.