Slovakiyanın xarici işlər naziri – hələ də viza almağa çalışan rus turistlərə münasibətimizin necə olması barədə əlaqələndirilmiş fəaliyyət zəruridir

19:48, 30.08.2022

 

Slovakiyanın xarici işlər naziri İvan Korçok Xarici İşlər Ministerialı çərçivəsində keçirilən görüşdə Rusiya vətəndaşlarına vizanın verilməsinin qadağan edilməsi məsələsinin müzakirə olunacağını bildirib.

O, Aİ ölkələrinin rus turistlərə münasibətinin necə olması ilə bağlı əlaqələndirilmiş fəaliyyətə ehtiyac olduğunu bildirib.

“Görüşdə Rusiya vətəndaşları üçün vizaların qadağan edilməsi siyasətini müzakirə edəcəyik. Biz Slovakiyada artıq diplomatik və xidməti pasportlar üzrə vizaların verilməsini dayandırmışıq, lakin bütün Aİ-yə üzv dövlətlərə müraciətim odur ki, hələ də viza almağa və Şengen zonasına səyahət etməyə çalışan rus turistlərə münasibətimizin necə olması barədə əlaqələndirilmiş fəaliyyət zəruridir” -deyə İvan Korçok bildirib.

Oxşar