Slovakiyanın baş naziri Robert Fitso növbədənkənar parlament seçkilərinin təyin edilməsini istisna etmir

20:34, 13.01.2025

Slovakiyanın baş naziri Robert Fitso növbədənkənar parlament seçkilərinin təyin edilməsini istisna etmir.

Fisonun verilişlərin birində söhbət etdiyi zaman, koalisiya tərəfdaşlarına mövcud böhrandan çıxmaq üçün müddəti mart ayına gədər müəyyən etdiyini bildirdi.

“Slovakiya Milli Partiyası və “Səs” parlamentin fəaliyyətini təmin etməsə, bu ölkə üçün yeganə çıxış yolu növbədənkənar parlament seçkiləri olacaq. Mən onlara deyərdim ki, ya bunu həll etsinlər, ya da cəhənnəmə gedəcəyik”, – Fitso bildirdi.

Koalisiya böhranına Slovakiya Milli Partiyasının 3 üzvünün fraksiyadan getməsi səbəb olub və səbəb kimi daxili qarşıdurmanı göstəriblər. Nəticədə, Fitsonun koalisiyası 150 yerlik parlamentdə yalnız minimum 76 yerə sahibdir.

Oxşar