Slovakiyanın Baş naziri Robert Fitso Çinə səfər edəcək

18:24, 28.10.2024

Slovakiyanın Baş naziri Robert Fitso Çinə səfər edəcək. Bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Linn Dzian bildirdi.

Onun məlumatına görə, Robert Fitsonun Çinə rəsmi səfəri oktyabrın 31-dən noyabrın 5-dək planlaşdırılıb.

Çinin Xarici İşlər Nazirliyində, Fitsonun Çinə səfərinın Baş nazir Li Tsianın dəvəti ilə həyata keçirildiyini deyirlər.

Cari il Çin və Slovakiya diplomatik münasibətlərin qurulmasının 75-ci ilini qeyd edirlər

Oxşar