Slovakiyanın baş nazir müavini -Nazir Şmiqal ilə birlikdə Ukraynaya mühəndislik və mina əleyhinə yardım göstərilməsini nəzərdə tutan memorandum imzaladıq
Slovakiyanın baş nazir müavini -Nazir Şmiqal ilə birlikdə Ukraynaya mühəndislik və mina əleyhinə yardım göstərilməsini nəzərdə tutan memorandum imzaladıq

“Slovakiya Ukraynaya hərbi yardım paketi elan edib, – bu barədə Ukrayna mediası məlumat yayır.

Medianın məlumatına görə, Slovakiyanın baş nazir müavini və müdafiə naziri Robert Kaliniak Kiyevdə Beynəlxalq Müdafiə Sənayesi Forumunda 14-cü yardım paketi elan edib.

“Böyük məmnuniyyətlə bildirirəm ki, cənab Şmıqal ilə birgə Ukraynaya mühəndis və mina əleyhinə yardımın göstərilməsini nəzərdə tutan 14-cü yardım paketi ilə bağlı memorandumu yeni imzaladıq”, – Kaliniak bildirib.

Slovakiyanın baş nazirinin müavini həmçinin qeyd edib ki, Kiyevdə aparılan danışıqlar zamanı müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı mümkün layihələri müzakirə edəcək.

Bununla yanaşı, Robert Kaliniak qeyd edib ki, Slovakiyanın baş naziri Robert Fitso ilə Ukraynanın prezidenti Volodimir Zelenski arasında son görüş zamanı gələcək birgə hökumətlərarası iclasın əsas mövzularından biri kimi iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq müəyyən edilib.

Məlumat üçün bildirək ki, Slovakiya 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya 13 hərbi yardım paketi ayırıb. Lakin Robert Fitsonun hakimiyyətə qayıdışından sonra Ukraynaya birbaşa hərbi yardım dayandırıldı. Fitsonun yenidən hakimiyyətə gəlməsindən sonra bu, Slovakiya hökuməti tərəfindən elan olunan ilk hərbi yardım paketidir.