Slovakiyada pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavodda yanğın törətməyə cəhd ittihamı ilə üç xarici ölkə vətəndaşı saxlanılıb

19:24, 25.08.2026

Polis Slovakiyada pilotsuz uçuş aparatları istehsal edən zavodda planlaşdırılan yanğın törətmək cəhdinin qarşısını alıb və üç əcnəbi saxlayıb.

Polisin məlumatına görə, şübhəlilərdən ikisi Slovakiyada, biri isə Almaniyada saxlanılıb.

Medianın məlumatına görə, zavoddakı əmlaka ziyan dəyməyib, həmçinin xəsarət alan yoxdur. Yanğın törətmək cəhdi zamanı binada 70 nəfər olub.

Polisdə bildirdiklərinə görə, külli miqdarda alışan qarışıq, alətlər, mobil telefonlar, kamera və əllə yazılmış plan götürülüb.

Oxşar