Slovakiyada bildirirlər ki, Macarıstanda olduğu kimi, Rusiya nefti ilə bağlı ABŞ sanksiyalarından azad edilməsi Slovakiyaya da şamil olunur
Slovakiyada bildirirlər ki, Macarıstanda olduğu kimi, Rusiya nefti ilə bağlı ABŞ sanksiyalarından azad edilməsi Slovakiyaya da şamil olunur

Slovakiyada bildirirlər ki, “Rosneft” və “Lukoil”ə qarşı ABŞ tərəfindən tətbiq olunan sanksiyalardan azad edilməsi, Macarıstanda olduğu kimi, Slovakiyaya da şamil olunur.

Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakovanın izah etdiyi kimi, sanksiyalardan azad etmək Slovakiyaya da aiddir, çünki Bratislava neft emalı zavodu Slovnaft Macarıstanın MOL şirkətinə məxsusdur.

“Neftin tədarükü proseduru eyni MOL şirkəti vasitəsilə həyata keçirilir. Bu o deməkdir ki, ABŞ administrasiyasının Macarıstana Rusiya neftinin alınması ilə bağlı sanksiyalardan bir illik azadlığı MOL qrupunun bir hissəsi olduğu üçün Slovnaft tərəfindən Rusiya neftinin alınmasına da şamil olunacaq”, – Sakova bildirib.

Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban noyabrın 7-də Donald Trampla görüşüb. Görüşdən sonra Orban ABŞ-ın Macarıstanı Rusiya nefti ilə bağlı sanksiyalardan azad etdiyini bəyan edib.