Slovakiya prezidenti "MiG-29" tipli qırıcılarının Ukraynaya verilməsini səhv adlandırıb
Slovakiya prezidenti "MiG-29" tipli qırıcılarının Ukraynaya verilməsini səhv adlandırıb

Slovakiya prezidenti Piter Pelleqrini “MiG-29” tipli qırıcılarının Ukraynaya verilməsini səhv adlandırıb.

Pelleqrini bildirib ki, əvvəlki hökumətin “MiG-29” qırıcılarının Ukraynaya təhvil verməsi ilə bağlı qərarı səhv idi, lakin siyasi mübahisəyə qarışmayacağını qeyd edib.

„Slovakiyanın o dövrdə əvəzedicisi olmayan “MiG-29″larını itirməsini səhv hesab edirəm. Bu, “köhnə dəmir qırıntıları” deyildi. Əminəm ki, öz hava məkanının müdafiəsini təmin etmək qabiliyyəti hər bir ölkənin suverenliyinin göstəricisidir. Heç bir digər ölkə öz silahlarını təhvil verdikdən sonra yalnız qonşulardan yardım gözləmə mövqeyində olmayıb. Slovakiya Prezidenti olaraq, son günlərdə qırıcı təyyarələrin hədiyyə edilməsi ilə bağlı yaranan siyasi mübahisələrdə iştirak etməyəcəyəm. Lakin Slovakiya xalqının parlamentin etimadını almadan ölkəni idarə edən o vaxtkı hökumətin “MiG-29″larımızı Ukraynaya bağışlamaq hüququnun olub-olmadığını bilmək haqqı var“, – Peleqrini bildirib.