„Skynews“ - Üç Oman tankeri İranın nəzarətində olmayan bir hissədə Hörmüz boğazını keçməyə çalışır
„Skynews“ - Üç Oman tankeri İranın nəzarətində olmayan bir hissədə Hörmüz boğazını keçməyə çalışır

Üç Oman tankeri İranın nəzarətində olmayan bir hissədə Hörmüz boğazını keçməyə çalışır. Bu barədə „Skynews“ məlumat yayır.

Medianın məlumatına görə, əgər uğurlu olarsa, bu, gəminin boğazdan keçmək üçün bu marşrutdan istifadə etdiyi ilk hal olacaq.

Nəşr MarineTraffic naviqasiya monitorinq platformasına istinadən yazır ki, neftlə yüklənmiş Dhalkut və Habrut tankerləri, həmçinin təbii qazla yüklənmiş Sohar LNG tankeri Oman limanlarına doğru gedir.

Məlumat üçün bildirək ki, ABŞ və İsrailin İrana hücumlarına başladığı gündən bəri Hörmüz boğazından yalnız bir neçə neft tankeri çıxıb. Tehran yalnız düşmən dövlətlərə aid olmayan bəzi ölkələrin gəmilərinin boğazdan keçməsinə icazə verib.