“Sky News”un məlumatına görə, Hindistanın zərbələri nəticəsində Kəşmirin Pakistanın nəzarətində olan hissəsində 13 mülki şəxs həlak olub, 50-dən çox insan isə  yaralanıbdü
“Sky News”un məlumatına görə, Hindistanın zərbələri nəticəsində Kəşmirin Pakistanın nəzarətində olan hissəsində 13 mülki şəxs həlak olub, 50-dən çox insan isə yaralanıbdü

“Sky News”un məlumatına görə, Hindistanın Kəşmirin Pakistanın nəzarətində olan hissəsində son 12 saat ərzində endirdiyi zərbələr nəticəsində 13 mülki şəxs həlak olub, 50-dən çox insan isə yaralanıb.

Bu barədə “Sky News” Pakistanın Fövqəladə Hallar Xidmətinə istinadən məlumat verir.

Məlumat üçün bildirək ki, mayın 10-da gecə saatlarında Hindistan Pakistanın avia bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan silahlı qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan təhlükəli hadisə kimi təsvir edib. Qonşu dövlətin təcavüzünə cavab olaraq Pakistan hökuməti Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.