"Sky News" - Ukrayna və Avropa ABŞ-ın təklif etdiyi “sülh planını” tamamilə rədd edə bilməz, çünki bu, Donald Trampdan uzaqlaşmaq riski yaradır
"Sky News" - Ukrayna və Avropa ABŞ-ın təklif etdiyi “sülh planını” tamamilə rədd edə bilməz, çünki bu, Donald Trampdan uzaqlaşmaq riski yaradır

Ukrayna və Avropa ABŞ-ın təklif etdiyi “sülh planını” tamamilə rədd edə bilməz, çünki bu, Donald Trampdan uzaqlaşmaq riski yaradır, – bu barədə “Sky News”un beynəlxalq xəbərlər üzrə jurnalisti Dominik Vaqhorn yazır.

Onun dediyinə görə, Trampın 28 bənddən ibarət planı Rusiyanın tələblərini sülh təklifi kimi effektiv şəkildə ört-basdır edir.

“Şübhə var ki, Stiv Uitkoff və Kirill Dmitriyev bu məqamı Ukrayna prezidentinə daha böyük təzyiq göstərmək üçün seçməkdə əvvəlcədən razılaşıblar. Kiyevdə Uitkoff–Dmitriyevin planı narazılıq doğurub”, – Vaqhorn qeyd edir.

Onun dediyinə görə, analitiklər hesab edirlər ki, hazırki irəliləyiş tempi ilə Rusiyaya “sülh planı”nın nəzərdə tutduğu əraziləri ələ keçirmək üçün daha dörd il lazım olacaq.

Dünən mediada Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün Donald Trampın “sülh planı”nın məzmunu yayıldı. Trampın “sülh planına” görə, Rusiya qonşu ölkələrə daxil olmayacaq, NATO genişlənməyəcək, Krım, Luqansk və Donetsk isə de-fakto Rusiya bölgələri kimi tanınacaq”.

ABŞ tələb edir ki, Ukrayna “Uitkoff-Dmitriyevin sülh planı” ilə 27 noyabra qədər razılaşsın.