“Sky News” – “İran İslam İnqilabı Keşikçiləri Korpusu” Hörmüz boğazını bağlı elan edib
“İran İslam İnqilabı Keşikçiləri Korpusu” Hörmüz boğazını bağlı elan edib, – bu barədə “Sky News” dövlət mediasına istinadən məlumat yayır.
Medianın məlumatına görə, İran hərbçiləri boğazın hələ də bağlı olduğunu bildirirlər ki, bu da ABŞ-ın bəyanatı ilə ziddiyyət təşkil edir.
“Sky News”un məlumatına görə, “İnqilab Keşikçiləri Korpusu”nun Hərbi Dəniz Qüvvələri heç bir gəminin Hörmüz boğazından keçməsinə icazə verməyib.
İran ötən gün Hörmüz boğazının yenidən bağlandığını elan edib və bu qərarı İsrailin Livana endirdiyi zərbələrə cavab adlandırıb. Lakin qısa müddət sonra ABŞ hərbçiləri kommersiya gəmilərinin boğazda hərəkəti davam etdirdiyini bildiriblər.