İran ABŞ-ın planını rədd edib. Bu barədə “Sky News” İran mediasına istinadən məlumat yayıb.
Məlumata görə, plan “Tehranın Donald Trampın həddindən artıq tələblərinə boyun əyməsi anlamına gəlirdi”.
Həmin xəbərlərdə bildirilir ki, İranın cavab təklifinə Hörmüz boğazı üzərində İranın suverenliyinin tanınması, ABŞ tərəfindən müharibə nəticəsində İrana vurulan zərərin ödənilməsi tələbi, dondurulmuş İran aktivlərinin azad edilməsi və Vaşinqtonun sanksiyaları ləğv etməsi daxildir.
“İranın planı ABŞ tərəfindən müharibə təzminatlarının ödənilməsinin vacibliyini vurğulayır və Hörmüz boğazı üzərində İranın suverenliyini təsdiqləyir. İran həmçinin sanksiyaların dayandırılmasının və ölkədən alınmış aktiv və əmlakın geri qaytarılmasının vacibliyini qeyd edib”, – deyə “Sky News” İran mediasına istinadən yazır.