„Sky News“ - Hörmüz boğazını keçməyə çalışan ən azı iki gəmiyə atəş açılıb
„Sky News“ - Hörmüz boğazını keçməyə çalışan ən azı iki gəmiyə atəş açılıb

Hörmüz boğazını keçməyə çalışan ən azı iki gəmiyə atəş açılıb, – „Sky News“ dəniz monitorinq agentliklərinə istinadən məlumat yayır.

Medianın məlumatına görə, atışma İranın Hörmüz boğazını bir neçə saatlıq açmasından sonra baş verib və bir neçə gəmi boğazda standart dəniz marşrutu üzrə hərəkət etməyə başlayıb.

“MarineTraffic” platformasının göstəricilərinə görə, boğazdan keçməyə ümid edən beynəlxalq karvan artıq dağılıb və müxtəlif istiqamətlərdə hərəkət etməyə başlayıb.

Məlumat üçün bildirək ki, İranın dövlət yayımçısı IRIB-in məlumatına görə, Hörmüz boğazı yenidən bağlanıb. İranın Mərkəzi Hərbi Qərargahının məlumatına görə, dəniz daşımalarının əsas marşrutu “yenidən bağlanıb və keçid üçün İranın razılığı tələb olunur”. Rəsmi Tehran buna səbəb kimi ABŞ tərəfindən limanlara qarşı dəniz blokadasının davam etdirilməsini göstərir.