Skott Besant Rusiyanın maliyyə naziri Anton Siluanovla görüşüb

22:29, 31.08.2026

ABŞ-ın maliyyə naziri Skott Bessant Rusiyanın maliyyə naziri Anton Siluanovla görüşüb. Bu barədə məlumatı “CNBC” yayır.

Görüş Şimali Karolina ştatının Eşvill şəhərində, “Böyük İyirmilik” (G20) üzvü olan ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin sammitində baş tutub. Medianın məlumatına görə, Bessent və Siluanovun görüşündə Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirmək planı müzakirə edilib. Tərəflər həmçinin iki ölkə arasındakı iqtisadi əməkdaşlıq barədə də danışıblar.

“Fox Business” mənbəsinin məlumatına görə, Bessant Prezident Trampın Ukrayna məsələsi ilə bağlı hazırladığı 28 bəndlik sülh planını təqdim edib.

Məlumat üçün bildirək ki, Rusiyanın maliyyə naziri tammiqyaslı müharibənin başlanğıcından bəri ilk dəfə G20 sammitində iştirak edir.

Oxşar