Skott Besant – İranın Fars körfəzindəki müttəfiqlərimizə vurduğu hər hansı bir ziyan İranın hesablarından çıxarılan vəsaitlər hesabına ödəniləcək

21:53, 11.06.2026

İranın Fars körfəzindəki müttəfiqlərimizə vurduğu hər hansı bir ziyan İranın hesablarından çıxarılan vəsaitlər hesabına ödəniləcək, – bu barədə ABŞ Maliyyə Naziri Skott Besant bildirib.

Besantın sözlərinə görə, İran rejimi oynadığı sıfır cəmli oyunu uduzacaq.

“Fars Körfəzi İşləri İdarəsinə ödənilən hər hansı rüsum onların hesablarından çıxarılan vəsaitlər hesabına kompensasiya ediləcək. İran tərəfindən həyata keçirilən hər bir hücum isə ölkənin üzləşdiyi iqtisadi və maliyyə nəticələri daha da ağırlaşdıracaq”, – Skott Besant qeyd edib.

Oxşar