Skott Besant - Hörmüz boğazının açılması Çinin maraqlarına uyğundur, düşünürəm ki, Pekin bunun üzərində pərdəarxası şəkildə işləyəcək
Skott Besant - Hörmüz boğazının açılması Çinin maraqlarına uyğundur, düşünürəm ki, Pekin bunun üzərində pərdəarxası şəkildə işləyəcək

Çin Hörmüz boğazının açılması prosesində pərdəarxası şəkildə fəal iştirak edə bilər, – bu barədə ABŞ-ın Maliyyə Naziri Skott Besant bildirib.

Onun dediyinə görə, Çin Hörmüz boğazını yenidən açmağa çalışmaq üçün İran üzərindəki təsirindən istifadə edəcək.

“Boğazın açılması Çinin maraqlarına uyğundur. Məncə, Pekin pərdəarxası bunun üzərində işləyəcək”, – Besant bildirib.

ABŞ-ın Maliyyə Naziri vurğulayıb ki, Çin dünyada ən böyük neft idxalçısıdır və İran ixracatının ən böyük hissəsi məhz onun payına düşür, bu səbəbdən də Pekinin boğazın açılmasında Birləşmiş Ştatlardan daha böyük marağı var.

“Çinin boğazın yenidən açılmasında ABŞ-dan daha böyük marağı var”, – Besant qeyd edib.