Skott Besant bidirir ki, Ukraynanın Rusiyanın enerji obyektlərinə hücumları qlobal enerji bazarının sabitliyini pozan əsas amillərdən biridir

10:13, 04.09.2026

ABŞ-ın maliyyə naziri Skott Besant Ukraynanı dünyada enerji daşıyıcılarının qiymətlərinin artmasında ittiham edib. Bu barədə məlumatı “The New York Times” qəzeti yayır.

Nəşrin yazdığına görə, Rusiya maliyyə naziri ilə görüşdən sonra Skott Besant bildirib ki, Ukraynanın Rusiyanın neft infrastrukturuna zərbələri qlobal enerji şokunu gücləndirir və dünyada yanacaq qiymətlərinin artmasına səbəb olur.

Besantın qiymətləndirməsinə görə, Ukraynanın Rusiyanın enerji obyektlərinə hücumları qlobal enerji bazarının sabitliyini pozan əsas amillərdən biridir.

“Biz hazırda, bir tərəfdən, Ukrayna müharibəsi səbəbindən enerji şoku yaşayırıq – çünki Ukrayna Rusiyanın enerji aktivlərinə və neft məhsullarına qarşı zərbələr endirmək qərarına gəlib, bu da qlobal miqyasda qiymətlərin artmasına təzyiq yaradır, digər tərəfdən isə, İran ətrafındakı münaqişə səbəbindən”, – Besant bildirib.

Bessantın bəyanatları fonunda, ABŞ-da dizel yanacağının qiyməti rekord göstəricilərə yaxınlaşıb. Brent markalı neftin qiyməti isə barrel başına təxminən 98 dollara çatıb.

Oxşar