Skot Besant - ABŞ dünya bazarlarını təmin etmək üçün İran neftinə qarşı sanksiyaları ləğv edə bilər
Skot Besant - ABŞ dünya bazarlarını təmin etmək üçün İran neftinə qarşı sanksiyaları ləğv edə bilər

ABŞ dünya bazarlarını təmin etmək üçün İran neftinə qarşı sanksiyaları ləğv edə bilər, – bu barədə ABŞ Maliyyə Naziri Skot Besant bildirib. Besantın dediyinə görə, qlobal təchizat üçün Strateji Neft Ehtiyatından daha bir tədarük həyata keçirilə bilər.

Sanksiyaların ləğvi faktiki olaraq Avropa və digər regionlarda xam neftin məhdud miqdarda açıq şəkildə satılmasına icazə verilməsi deməkdir. Bu yeni neft axını, Fars körfəzi bölgəsindəki bir çox neft obyektlərinin münaqişə zamanı zədələndiyi və istehsalın qarşısını aldığı bir vaxtda qlobal tədarükü tez bir zamanda artıra bilər.

“CNN”ə görə, İran neftinin əsas hissəsi hazırda Çinə göndərilir, lakin, İran neftinin “kölgə donanmaları” sanksiyaları yan keçərək başqa ölkələrə axır.

İran nefti son beş onillik ərzində dövri sanksiyalara məruz qalıb və Prezident Donald Tramp tam sanksiyaları 2018-ci ildə tətbiq edib. ABŞ-ın bu addımı 2015-ci ildə İranın nüvə sazişindən çıxması ilə əlaqədar olub.