Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə isti hava fonunda Gürcüstanda qısamüddətli yağış və şimşək çaxacağı gözlənilir

13:40, 11.05.2026

Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə isti hava fonunda Gürcüstanda qısamüddətli yağış və şimşək gözlənilir.

Milli Ətraf Mühit Agentliyinin məlumatına əsasən, Tbilisidə mayın 12-13-də qısamüddətli yağış və şimşək gözlənilir, mayın 14-də isə yağmursuz hava olacaq. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə təşkil edəcək.

“Sahil bölgələrində (Batumi, Kobuleti, Anaklia, Poti) mayın 12-13-də qısamüddətli yağış və şimşək gözlənilir, mayın 14-də isə hava açacaq. Havanın temperaturu gündüz +22, +24 dərəcə olacaq.

Qərbi Gürcüstanın düzənlik rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurgeti) mayın 12-13-də qısamüddətli yağış və şimşək gözlənilir, mayın 14-də isə hava açacaq. Havanın temperaturu gündüz +24, +26 dərəcə olacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı) mayın 12-13-də qısamüddətli yağış və şimşək gözlənilir, mayın 14-də əsasən yağmursuz hava olacaq. Havanın temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro) mayın 12-13-də qısamüddətli yağış və şimşək gözlənilir, mayın 14-də isə əsasən yağmursuz hava olacaq. Havanın temperaturu gündüz +19, +21 dərəcə olacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali) qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz +24, +26 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə olacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri) qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz +15, +17 dərəcə olacaq”, – deyə Milli Ətraf Mühit Agentliyinin məlumatında bildirilir.

Oxşar