Sinoptiklərin proqnozuna görə, mayın10-u günün sonundan mayın 14-dək Gürcüstanda vaxtaşırı yağış yağacağı, dolu düşəcəyi və küləyin güclənməsi gözlənilir
Milli Ətraf Mühit Agentliyi növbəti günlərdə Gürcüstanda hava proqnozu ilə bağlı məlumat yayır.
Sinoptiklər ölkə miqyasında havanın pisləşəcəyini proqnozlaşdırırlar.
“Mayın 10-u günün sonundan, mayın 14-dək Gürcüstanda vaxtaşırı yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənməsi gözlənilir.
“Gözlənilən yağıntı Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq və təpəlik zonalarında sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsinə (təhlükə səviyyəsi orta) səbəb ola bilər”, – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilib.