Sinoptiklərin proqnozuna görə, martın 31-də Gürcüstanda arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerdə güclü olacağı, küləyin qısa müddətə güclənməsi gözlənilir
Martın 31-də Gürcüstanda arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi ərazilərdə leysan xarakterli yağış yağacağı və küləyin qısa müddətə güclənməsi ehtimalı gözlənilir, – bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
“Gözlənilən yağışlar çaylarda suyun səviyyələrinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda isə daşqınlara səbəb ola bilər. Ölkənin yüksək dağlıq bölgələrində qar uçqununun formalaşması gözlənilir, təpəlik və dağlıq bölgələrdə isə sürüşmə və sel proseslərinin formalaşmasına səbəb ola bilər (təhlükə səviyyəsi orta)”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd edilib.