Sinoptiklərin proqnozuna görə, martın 30-dan 31-i səhərinədək Gürcüstanda arabir yağıntı, bəzi yerlərdə isə güclü yağış gözlənilir
Martın 30-dan 31-i səhərinədək Gürcüstanda arabir yağıntı gözlənilir, bəzi yerlərdə isə güclü ola bilər. Küləyin güclənməsi gözlənilir, yüksək dağlıq rayonlarda duman, çovğun və qar uçqunu təhlükəsi var, – bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
“Çovğun, görünüş məsafəsinin pisləşməsi və qar uçqunu təhlükəsi səbəbindən avtomobil yollarının müəyyən hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
Gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, təpəlik-dağlıq və dağlıq zonalarda sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb ola bilər(orta təhlükə dərəcəsi)”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd edilib.