Sinoptiklərin proqnozuna görə, iyulun 5-də dağlıq bölgələrdə arabir güclü qısamüddətli yağış, şimşək və küləyin güclənməsi gözlənilir
Sinoptiklərin proqnozuna görə, iyulun 5-də dağlıq bölgələrdə arabir güclü qısamüddətli yağış, şimşək və küləyin güclənməsi gözlənilir

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyulun 5-də gündüz saatlarında Şərqi Gürcüstanda və Qərbi Gürcüstanın dağlıq bölgələrində bəzi yerlərdə arabir güclü qısamüddətli yağış, şimşək və küləyin güclənməsi gözlənilir, Şərqi Gürcüstanda dolu düşməsi ehtimalı da var.

Sinoptiklərin məlumatına əsasən, gözlənilən yağıntı Gürcüstan çaylarında – su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda – daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsinə səbəb ola bilər.

Milli Ətraf Mühit Agentliyi bildirir ki, təhlükə səviyyəsi orta dərəcəlidir.