Sinoptiklərin proqnozuna görə, 26-27 iyul tarixlərində Qərbi Gürcüstanda yağıntılı hava gözlənilir, dənizdə isə fırtına ehtimalı var

17:15, 25.07.2026

Milli Ətraf Mühit Agentliyi 26-27 iyul tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozuna görə, 26-27 iyul tarixlərində Qərbi Gürcüstanda yağıntılı hava gözlənilir, dənizdə fırtına ehtimalı var.

“İyulun 26-sı günün ikinci yarısından iyulun 27-si günün birinci yarısınədək Qərbi Gürcüstanda arabir şimşək çaxacağı, yağış yağacağı, Acara, Quria, Sameqrelo-Zemo Svaneti və Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində isə bəzi yerlərdə güclü olacağı gözlənilir.

Ölkə ərazisinin böyük hissəsində arabir güclü qərb küləyi əsəcək, dənizdə 3-4 bal gücündə dalğalanma gözlənilir.

Gözlənilən güclü yağıntılar Qərbi Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta)”, – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilib.

Oxşar