Sinoptiklərin proqnozuna görə, Gürcüstanda yağış yağacağı və küləyin güclənməsi gözlənilir, ölkənin şərq hissəsində yağıntılı hava şəraiti mayın 5-dək davam edəcək
Milli Ətraf Mühit Agentliyi yaxın günlər ərzində Gürcüstanda gözlənilən hava ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna görə, mayın 2-si günün sonundan, mayın 3-ü günün sonuna kimi bütün Gürcüstanda yağış yağacağı, ölkənin şərq hissəsində yağıntılı hava şəraitinin mayın 5-dək saxlanılacaq.
“Mayın 2-si günün sonundan, mayın 3-ü günün sonuna kimi bütün Gürcüstanda, mayın 4-dən 5-i səhərədək ölkənin şərq hissəsində yağış yağacağı, bəzi yerdə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənməsi gözlənilir.
“Gözlənilən yağıntılar çaylarda su səviyyələrinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq və təpəlik zonalarında sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsinə (təhlükə səviyyəsi orta) səbəb ola bilər”, – Milli Ətraf Mühit Agentliyinin
yaydığı bəyanatda deyilib.