Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanda avqustun 1-i və 2-si axşam və gecə saatlarında qısa müddətli yağış və şimşək gözlənilir
Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanda avqustun 1-i və 2-si axşam və gecə saatlarında qısa müddətli yağış və şimşək gözlənilir

Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, yüksək temperatur fonunda Gürcüstanda avqustun 1-i və 2-si axşam və gecə saatlarında qısa müddətli yağış və şimşək gözlənilir.

“Avqustun 1-i və 2-si axşam və gecə saatlarında yüksək temperatur fonunda Gürcüstanda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir, Qərbi Gürcüstanın şimal dağlıq bölgələrində və Şərqi Gürcüstanın bəzi yerlərində yağıntı güclü ola bilər, şimşək zamanı küləyin güclənməsi gözlənilir.

Gözlənilən yağıntı Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsinə (təhlükə səviyyəsi orta) səbəb ola bilər”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunub.