Sinoptiklərin proqnozuna görə, aprelin 26-sı günün sonundan, aprelin 27-si günün ikinci yarısına kimi Gürcüstanda vaxtaşırı  yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənməsi gözlənilir

Milli Ətraf Mühit Agentliyi gözlənilən hava proqnozu ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozuna görə, aprelin 26-sı günün sonundan, aprelin 27-si günün ikinci yarısına kimi ölkə miqyasında hava şəraitinin pisləşəcəyi gözlənilir.

“Aprelin 26-sı günün sonundan, aprelin 27-si ikinci yarısına kimi Gürcüstanda vaxtaşırı yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənməsi gözlənilir”.

“Gözlənilən yağıntı Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq və təpəlik zonalarında sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsinə  (təhlükə səviyyəsi orta) səbəb ola bilər”, – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilib.