Sinoptiklərin proqnozuna görə, 26–28 sentyabr tarixlərində Şərqi Gürcüstanın əksər rayonlarında yağış, Kaxeti ərazisində və dağlıq rayonlarda dolu və küləkli hava gözlənilir
Sinoptiklərin proqnozuna görə, 26–28 sentyabr tarixlərində Şərqi Gürcüstanın əksər rayonlarında yağış, Kaxeti ərazisində və dağlıq rayonlarda dolu və küləkli hava gözlənilir

Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.

Sinoptiklərin proqnozuna əsasən, sentyabrın 26-sı günün sonundan, sentyabrın 28-i günün birinci yarısınadək Şərqi Gürcüstanın əksər rayonlarında yağış gözlənilir. Kaxeti və dağlıq rayonların bəzi ərazilərində yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin qısamüddətli olaraq güclənəcəyi ehtimal edilir.

“Gözlənilən yağıntı Şərqi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda – daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsinə səbəb ola bilər(təhlükə səviyyəsi orta),” Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilib.