Sinoptiklərin proqnozuna görə, 19–21 aprel tarixlərində Gürcüstanda arabir yağıntılı hava gözlənilir, şimşək, dolu və küləyin güclənməsi ehtimal olunur
Sinoptiklərin proqnozuna görə, 19–21 aprel tarixlərində Gürcüstanda arabir yağıntılı hava gözlənilir, şimşək, dolu və küləyin güclənməsi ehtimal olunur

Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayır.

Sinoptiklərin proqnozuna görə, 19-21 aprel tarixlərində Gürcüstanda arabir yağıntı gözlənilir. Bununla yanaşı, yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi var.

Milli Ətraf Mühit Agentliyinin bildirdiyinə görə, gözlənilən yağıntı çaylarda su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, şərqi Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb ola bilər (orta təhlükə dərəcəsi).