Sinoptiklərin proqnozuna görə, 11 iyul günün sonundan 13 iyul səhərinədək Şərqi Gürcüstanda arabir yağıntı, bəzi yerlərdə isə güclü olacağı gözlənilir
Sinoptiklərin proqnozuna görə, 11 iyul günün sonundan 13 iyul səhərinədək Şərqi Gürcüstanda arabir yağıntı gözlənilir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Msxeta-Mtianeti və Kaxeti bölgələrinin ərazisində bəzi yerlərdə güclü yağıntı gözlənilir, şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənməsi ehtimal olunur.
“11 iyul günün sonundan 13 iyul səhərinədək Şərqi Gürcüstanda arabir yağıntı, Msxeta-Mtianeti və Kaxeti bölgələrinin ərazisində isə bəzi yerlərdə güclü olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənməsi ehtimal olunur.
Gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin artmasına, kiçik çaylarda daşqınlara, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb ola bilər (orta təhlükə dərəcəsi)”, – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilib.