Sinoptiklərin proqnozuna əsasən, yanvarın 17-dən etibarən Gürcüstanda əsasən qar şəklində yağıntı gözlənilir
Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayır.
Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanda hava şəraitinin 17 yanvardan etibarən pisləşəcəyi gözlənilir.
“17 yanvar tarixində Qərbi Gürcüstanda, 18 yanvardan 20 yanvarın səhərinə qədər isə Şərqi Gürcüstanda yağıntı gözlənilir, bəzi yerlərdə güclü, əsasən qar şəklində, duman, çovğun, elektrik xəttlərində donma, yolların buz bağlaması, dağlıq bölgələrində isə qar uçqunu təhlükəsi olacaq.
Güclü qar, görünüş məsafəsinin pisləşməsi, çovğun, yolların buz bağlaması və qar uçqunu təhlükəsinə görə avtomobil yollarının müəyyən hissələrində ola bilsin, nəqliyyatın hərəkəti məhdudlaşdırılsın.
Gözlənilən güclü yağıntı təpəlik-dağlıq və dağlıq zonalarda ola bilsin sürüşmə proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun(orta təhlükə səviyyəsi)”, – Milli Ətraf Mühit Agentliyi yazır.