Sinoptiklərin proqnozuna əsasən yaxın günlərdə Gürcüstanda nisbətən sərin, arabir yağıntılı hava gözlənilir, bəzi yerlərdə şimşək çaxacağı və küləyin güclənəcəyi ehtimalı var
Sinoptiklərin proqnozuna əsasən yaxın günlərdə Gürcüstanda nisbətən sərin, arabir yağıntılı hava gözlənilir, bəzi yerlərdə şimşək çaxacağı və küləyin güclənəcəyi ehtimalı var

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, yaxın günlərdə Gürcüstanda nisbətən sərin, arabir yağıntılı hava gözlənilir, bəzi yerlərdə şimşək çaxacağı və küləyin güclənəcəyi ehtimalı var.

Sinoptiklərin məlumatına görə, Tbilisidə mayın 19-u və 21-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, mayın 20-də isə yağmursuz hava şəraiti olacaq. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə təşkil edəcək.

“Sahil rayonlarda (Batumi, Kobuleti, Anaklia, Poti): qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq bölgələrində (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın yüksək dağlıq bölgələrində (Mestia, Baxmaro): qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +13, +15 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +21, +23 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq bölgələrində (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): qısamüddətli yağış və şimşək gözlənilir. Havanın temperaturu gündüz saatlarında +15, +17 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq bölgələrində (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): qısamüddətli yağış gözlənilir. Havanın temperaturu gündüz saatlarında +11, +13 dərəcə qeydə alınacaq”, -Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.