Sinoptiklərin proqnozuna əsasən, sentyabrın 7-si günün ikinci yarısından sentyabrın 8-i səhərədək Gürcüstanın əksər rayonlarında yağış yağacağı, şimşək və dolu gözlənilir
Sentyabrın 7-si günün ikinci yarısından sentyabrın 8-i səhərədək Gürcüstanın əksər rayonlarında yağış yağacağı, arabir güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir, – Milli Ətraf Mühit Agentliyi məlumatı yayır.
Onların məlumatına görə, sahilyanı rayonlarda küləyin güclənməsi mümkündür.
“Gözlənilən güclü yağıntı Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq zonalarında sürüşmə və daşqın proseslərinin başlanması və aktivləşməsinə (təhlükə səviyyəsi orta) səbəb ola bilər”, – Milli Ətraf Mühit Agentliyinin məlumatında deyilib.