Sinoptiklərin proqnozuna əsasən, martın 15-də Kolxeti düzənliyində və Zemo İmeretidə güclü külək gözlənilir, 16 martda isə ölkə ərazisinin əksər hissəsində yağıntılı hava olacaq
Milli Ətraf Mühit Agentliyi Gürcüstanda 15-16 mart tarixlərində gözlənilən hava barədə xəbərdarlıq yayır.
Milli Ətraf Mühit Agentliyinin proqnozuna əsasən, 15 martda Kolxeti düzənliyində və Zemo İmeretidə güclü şərq küləyi gözlənilir, arabir 25-28 m/s-yə qədər güclənəcək.
“Martın 16-da ölkənin əksər hissəsində yağıntı gözlənilir, yüksək dağlıq rayonlarda – bəzi yerlərdə güclü qar, duman, çovğun və uçqun təhlükəsi. Güclü qar, çovğun, görünüş məsafəsinin pisləşməsi və uçqun təhlükəsinə görə, yolların müəyyən hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
Gözlənilən güclü yağıntı Gürcüstan çaylarında su səviyyəsinin artmasına, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb ola bilər (orta təhlükə dərəcəsi)”, – deyə Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilib.