Sinoptiklərin proqnozuna əsasən, 24 noyabradək Gürcüstanda isti və yağmursuz hava şəraiti davam edəcək
Sinoptiklərin proqnozuna əsasən, 24 noyabradək Gürcüstanda isti və yağmursuz hava şəraiti davam edəcək

Milli Ətraf Mühit Agentliyi 22–24 noyabr tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozuna əsasən, yaxın günlərdə Gürcüstanda isti və yağmursuz hava şəraiti davam edəcək.

“Tbilisidə yağmursuz hava olacaq, gündüz havanın temperaturu +19, +21 dərəcə qeydə alınacaq.

Sahilyanı bölgələrdə (Batumi, Kobuleti, Anaklia, Poti) isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +21, +23 qeydə alınacaq.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) isti və yağmursuz hava gözlənilir. Havanın temperaturu gündüz saatlarında +24, +26 dərəcə qeydə alınacaq.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti dağ keçidi): hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +22, +24 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +16, +18 dərəcə qeydə alınacaq.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +20, +22 dərəcə qeydə alınacaq.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +19, +21 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +18, +20 dərəcə qeydə alınacaq.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz saatlarında +15, +17 dərəcə qeydə alınacaq”, – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilir.