Sinoptiklərin proqnozuna əsasən, aprelin 13-də Şida Kartlidə havanın temperaturu -4 dərəcə, ölkənin dağlıq bölgələrində isə -6 dərəcəyədək enəcək
Milli Ətraf Mühit Agentliyi aprelin 13-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayır.
“Aprelin 13-də gecə və səhər saatlarında Şida Kartlidə havanın temperaturunun -2 dərəcə, -4 dərəcəyə gədər, ölkənin dağlıq bölgələrində isə -4, -6 dərəcəyə gədər enəcəyi gözlənilir.
Mənfi temperatur çiçəkləmə mərhələsində olan meyvə ağaclarına və payızlıq buğda məhsullarına ziyan vura bilər (təhlükə səviyyəsi orta)”, – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilib.