Sinoptiklərin proqnozuna əsasən, 29-31 avqust tarixlərində Gürcüstanın əksər ərazilərində arabir yağış yağacağı, dolu düşəcəyi və küləyin güclənməsi gözlənilir
Gürcüstanın Milli Ətraf Mühit Agentliyi 29-31 avqust tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayır.
Onların məlumatına görə, 29-31 avqust tarixlərində Gürcüstanın əksər ərazilərində yenə arabir yağış yağacağı, bəzi rayonlarda isə güclü intensivlikdə olacağı gözlənilir.
Şimşək çaxacağı, dolu düşəcəyi və küləyin güclənəcəyi ehtimal olunur.
“Gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta)”, – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilib.